<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Gəlirəm qarşına böyük imanla mən İL432</title>
<lyrics>[V1]
 Gəlirəm qarşına böyük imanla mən,
 Qarşıla Özün məni, şad olsun ruhum.
 İmanım artsın, məyus olmayım,
 Tək Sən ol ruhumda, qəlbimdə mənim.

[C1]
   İsa, Sən mənim Rəbbim, Rəhbərim,
   İmanım, sevincim, zamin duranım.
   Səndədir xilasım, sülhüm, rahatlığım,
   Tək sən dayaqsan, ümidsən mənə.

[V2]
 Bu sevinc doldurub bütün qəlbimi,
 Körpə uşaq kimi ruhum sevinir.
 Bu Sənin varlığın, Sənin səsindir,
 Toxunub qəlbimə, dolub ruhuma.

[V3]
 Sandım ki, bir daha belə bir sevinc
 Mənə nəsib olmaz daha heç zaman.
 Elə bu anda toxundu Ruhun,
 Zehnimə, dilimə bu nəğmə gəldi.</lyrics>
<hymn_number>432</hymn_number>
</song>